ASELSAN şirkəti xarici müştəri üçün SEDA 100 atəşi aşkarlama sistemləri tədarük edəcək

ASELSAN şirkəti xarici müştəri üçün SEDA 100 atəşi aşkarlama sistemləri tədarük edəcək

Türkiyənin ASELSAN şirkəti Cənubi Koreyanın “Hanwha Aerospace” şirkəti ilə SEDA 100 atəşi aşkarlama sisteminin yeni nəsil zirehli nəqliyyat vasitələrinə inteqrasiyası üçün Anlaşma Memorandumu imzalayıb.

“Poliqon” SavunmaSanayiST”ə istinadən xəbər verir ki, memoranduma əsasən, ASELSAN tərəfindən hazırlanmış SEDA 100 atəşi aşkarlama sisteminin “Hanwha Aerospace”nin yeni nəsil zirehli platformalarına inteqrasiyası nəzərdə tutulur.

Hər iki şirkət “Hanwha Aerospace”nin Cənubi Koreyadakı son istifadəçilərə təqdim edəcəyi gələcək zirehli nəqliyyat vasitələrini SEDA 100 sistemi ilə təchiz etmək üçün birgə çalışacaq.

ASELSAN-ın öz mühəndislik imkanları ilə inkişaf etdirdiyi SEDA 100 atəşi aşkarlama sistemi səsdən sürətli (supersonik) mərmilərin mənbəyini təyin edə bilən inkişaf etmiş akustik texnologiyalarla təchiz olunub. Sistem çətin ətraf mühit şəraitində belə effektiv fəaliyyət göstərir və coğrafi informasiya sistemi (CİS) əsaslı xəbərdarlıqlar vasitəsilə istifadəçiyə real vaxt rejimində dəqiq mövqe məlumatı təqdim edir.

SEDA 100, hər cür hava şəraitində, gecə/gündüz, mobil və ya sabit bölmələrə qarşı həyata keçirilə biləcək supersonik silahlı hücumlara qarşı atəş nöqtəsinin təyin olunması ehtiyacını ödəmək üçün hazırlanıb.

İki fərqli konfiqurasiyada (sabit obyektlərdə və nəqliyyat vasitələrinin üzərində) istifadə oluna bilən sistem, lazım olduqda pilotsuz uçuş aparatlarının (PUA) təyini üçün də istifadə edilə bilər. Digər diqqətçəkən xüsusiyyəti isə istifadəçi dostu inteqrasiya imkanlarıdır. SEDA 100, kalibrləməyə ehtiyac olmadan zirehli platformalara quraşdırıla və mövcud döyüş idarəetmə sistemləri ilə asanlıqla uyğunlaşa bilir.

CATEGORIES
TAGS