ASELSAN və “Katmerciler” birgə döyüş robotu istehsal edəcək

ASELSAN və “Katmerciler” birgə döyüş robotu istehsal edəcək

Türkiyənin ASELSAN şirkəti ilə Müdafiə Sənaye Komitəsi (SSB) arasında orta sinif insansız nəqliyyat vasitəsi layihəsinin icrasına dair müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence”ə ASELSAN şirkətindən məlumat verilib.

Layihəyə əsasən ASELSAN Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədilə “Katmerciler” şirkəti ilə birgə orta sinif döyüş robotu istehsal edəcək.

Layihə çərçivəsində hazırlanacaq döyüş robotu uzaqdan idarəetmə, avtonom istifadə və üstün hərəkətlilik imkanlarına malik olmalıdır. Robot maşın kəşfiyyat, nəzarət, hədəf aşkarlama, silah sistemləri və lazım olan digər sistemlər ilə təchiz ediləcək.

 

 

CATEGORIES
TAGS