ASELSAN və ASFAT arasında dəniz platformalarının döyüş sistemləri ilə bağlı müqavilə imzalanıb

ASELSAN və ASFAT arasında dəniz platformalarının döyüş sistemləri ilə bağlı müqavilə imzalanıb

Türkiyənin ASELSAN və ASFAT şirkətləri arasında dəniz platformaları üçün döyüş sistemlərinin tədarükü və inteqrasiyası ilə bağlı ümumi dəyəri 225 milyon avro olan müqavilə imzalanıb.

Bu barədə “Poliqon” İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) istinadən xəbər verib.

Müqavilə çərçivəsində ASELSAN dəniz platformaları üçün elektron müharibə, radar, rabitə, naviqasiya, silah, elektro-optik, sualtı sistemlərin tədarükünü və inteqrasiya işlərini yerinə yetirəcək.

Razılaşmaya əsasən, çatdırılmalar 2026-2030-cu illər arasında həyata keçiriləcək.

CATEGORIES
TAGS