
ASELSAN və “Calidus” elektro-optik faydalı yüklər sahəsində əməkdaşlıq edəcək
“Dubai Airshow 2025” aviasiya sərgisi çərçivəsində Türkiyənin ASELSAN və Birləşmiş Ərəb Əmirliklərinin “Calidus” şirkətləri arasında əməkdaşlıq sazişi imzalanıb.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkəti məlumat yayıb.
Sazişə əsasən, şirkətlər elektro-optik faydalı yüklər sahəsində birgə əməkdaşlıq edəcək.
“ASELSAN olaraq, qabaqcıl texnoloji həllərimizlə beynəlxalq əməkdaşlıqlarımızı gücləndirməyə davam edəcəyik”, – deyə məlumatda qeyd olunub.


