SənayeAselsanXəbərlər

ASELSAN yeni istehsal və sınaq mərkəzlərini istifadəyə verib

ASELSAN şirkəti artan sifariş həcmini qarşılamaq və istehsal infrastrukturunu gücləndirmək məqsədilə strateji investisiyalarını həyata keçirməyə davam edir.

“Poliqon” ASELSAN-a xəbər verir ki, bu çərçivədə 40 milyon ABŞ dolları sərmayə ilə inşa edilən və 17360 kvadratmetr qapalı sahəyə malik “Ağıllı Sursat və Sualtı Sistemləri Əlavə İstehsal və Sınaq Mərkəzləri” istifadəyə verilib.

İstifadəyə verilən yeni obyektlərlə hava və dəniz müdafiə sistemlərinin istehsalında robotlaşdırma və avtomatlaşdırma infrastrukturu əhəmiyyətli dərəcədə gücləndirilib. Bununla yanaşı, məhsulların çatdırılma imkanları, istehsal sürəti və keyfiyyət göstəriciləri artırılıb.

Back to top button