ASELSAN yenilənmiş ILGAR inteqrə elektron döyüş sistemlərini sifarişçiyə çatdırıb
ASELSAN şirkəti tərəfindən yenilənmiş ILGAR inteqrə elektron döyüş sistemləri Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün rəsmi sosial media hesabında bildirib.
Yenilənmiş ILGAR inteqrə elektron döyüş sistemləri milli proqram təminatı və avadanlıq infrastrukturuna sahibdir.
SSB başqanı İsmail Dəmir qeyd edib ki, yenilənmiş sistemlər taktiki sahədə təhlükəsizlik qüvvələrinə böyük üstünlüklər verəcək.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər