ASELSAN yerli müştəriyə elektron müharibə sistemləri tədarük edəcək
Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) və ASELSAN şirkəti arasında elektron müharibə (EW) sistemlərinin tədarükü ilə bağlı 1.1 milyard TL (42.4 dollar milyon ABŞ dolları) dəyərində müqavilə imzalanıb.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.
Sözügedən müqavilə çərçivəsində tədarüklər 2028-ci ildə həyata keçiriləcək.