ASFAT Afrika ölkəsinə MEMATT ixrac edib

ASFAT Afrika ölkəsinə MEMATT ixrac edib

Türkiyənin Milli Müdafiə Nazirliyinə bağlı olan ASFAT şirkəti Qərbi Afrika ölkəsi olan Toqoya MEMATT adlı mexaniki minatəmizləmə maşınları ixrac edib.

“Poliqon” xəbər verir ki, bu barədə ASFAT şirkəti rəsmi “twitter” səhifəsində paylaşım edib.

Paylaşımda qeyd olunub ki, Azərbaycan və Qərbi Afrika ölkəsi olan Burkina-Faso Respublikasından sonra ASFAT şirkəti Toqoya 2 ədəd MEMATT mexaniki minatəmizləmə maşını çatdırıb.

Çatdırılma mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Toqo Prezidenti Gnassingbe, Türkiyə Milli müdafiə naziri Hulusi Akar və Toqo Müdafiə naziri Gnakade iştirak edib.

Müxtəlif tralların və mexanizmlərin inteqrasiya oluna bildiyi MEMATT modulyar dizayna sahibdir. Detalları rahat şəkildə, sahədəcə dəyişdirilə bilən maşın 500 metr məsafədən radioəlaqə vasitəsi ilə idarə olunur. 4 km/saat sürətlə hərəkət edə bilən maşın müxtəlif ərazi şərtlərində istifadə oluna, 60% maililiyə malik yüksəkliklərə qalxa, 40% yana maili hərəkət edə bilir. 1700 mm genişliyində, 250 mm dərinlikdə təmizləmə həyata keçirən MEMATT mexaniki minatəmizləmə maşını 8 kq TNT partlayışına dözümlüdür.

Qeyd edək ki, MEMATT maşınları hazırda Azərbaycan Ordusu tərəfindən Qarabağ bölgəsindəki minaların təmizlənməsi işində fəal şəkildə istifadə olunur.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS