
Türkiyənin ASFAT şirkəti 2026-cı ilin ilk 8 ayı ərzində 550 milyon ABŞ dollarından çox ixrac həyata keçirib.
“Poliqon” xəbər verir ki, bunu ASFAT İdarə Heyətinin sədri Musa Heybət “Habertürk” televiziya kanalına müsahibəsində deyib.
ASFAT-ın bu günə qədərki ixracı ilə bağlı məlumat verən M.Heybət şirkətin 20-dən çox ölkəyə xidmət ixracı həyata keçirdiyini bildirib. Onun sözlərinə görə, şirkət bu il 550 milyon ABŞ dollarından çox ixrac həyata keçirib.
Sədr ASFAT-ın ixrac həcmini daha da artırmağı hədəflədiyini və şirkətin bu istiqamətdə fəaliyyətini davam etdirdiyini vurğulayıb.





