ASFAT şirkəti AKHİSAR patrul gəmisinin inşasına başlayıb

ASFAT şirkəti AKHİSAR patrul gəmisinin inşasına başlayıb

Türkiyənin ASFAT şirkəti Dəniz Patrul Gəmisi (ADKG) layihəsi çərçivəsində qabaqcıl texnologiyalarla TCG AKHİSAR adlı ilk gəminin inşasına başlayıb.

ASFAT şirkətindən “Poliqon”a verilən məlumata görə, TCG AKHİSAR patrul gəmisinin 2023-cü ildə Türkiyə Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil verilməsi planlaşdırılıb.

Şirkət mütəxəssislərinin sözlərinə görə, ADKG layihəsi çərçivəsində Türkiyə HDQ üçün 10 ədəd gəmi inşa ediləcək.

Gəmidə helikopter və pilotsuz uçuş aparatları üçün eniş-qalxış meydançası olacaq. MİLGEM ADA sinif korvet dizaynı əsasında hazırlanan TCG AKHİSAR patrul gəmisi daha sadə silah və sensor yükünə sahib olacaq. Gəmi 76 mm-lik top ilə təchiz olunacaq.

TCG AKHİSAR gəmisinin uzunluğu 99.56 m, eni 14.42 m, sürəti 24 kts, yer tutumu isə 2300 ton olacaq.

stm

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS