
ASFAT şirkəti MEMATT-ların Azərbaycana tədarükünü tamamlayıb
Türkiyənin Milli Müdafiə Nazirliyinə bağlı olan ASFAT şirkəti tərəfindən yerli və milli imkanlarla istehsal edilən 13 ədəd MEMATT mexaniki minatəmizləmə maşını Azərbaycanın Müdafiə Nazirliyinə təhvil verilib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi sosial media hesabında bildirilib.
Bununla, bu günə qədər Azərbaycana idxal edilən MEMATT sayı 20-yə çatmış oldu.
“Qarabağdakı minalı ərazilərin təmizlənməsində istifadə olunacaq MEMATT-lar qardaş Azərbaycana xeyirli olsun. Ümumilikdə 20 ədəd MEMATT-ı qardaş Azərbaycan Ordusuna qazandıran ASFAT personalını da təbrik edirik”, – deyə Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatında bildirilib.
CATEGORIES Xəbərlər