ATAK helikopterləri Filippin HHQ-nin inventarına daxil edilib

ATAK helikopterləri Filippin HHQ-nin inventarına daxil edilib

Türkiyənin TUSAŞ şirkəti tərəfindən Filippin Hərbi Hava Qüvvələri (HHQ) üçün istehsal edilən iki ədəd T129 ATAK hücum və taktiki kəşfiyyat helikopterin qəbul sınaqları başa çatıb.

TUSAŞ şirkətindən “Poliqon”a verilən məlumata görə, qəbul sınaqlarını uğurla tamamlayan T129 ATAK helikopterləri bu gün keçirilən mərasimdə Filippin HHQ-nin inventarına daxil edilib.

ATAK helikopterlərinin təhvil verilməsi mərasimində Filippin rəsmiləri ilə yanaşı Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir, TUSAŞ şirkətinin baş direktoru Temel Kotil, “Roketsan” şirkətinin baş direktoru Murat İkinci və ASELSAN şirkətinin baş direktoru Haluk Görgün iştirak edib.

Mərasimdə bildirilib ki, T129 ATAK helikopterləri ilə yanaşı, Türkiyənin “Roketsan” şirkəti tərəfindən istehsal edilən müxtəlif raket sistemləri də Filippinə ixrac edilib.

Qeyd edək ki, Türkiyənin Müdafiə Sənayesi Başqanlığı ilə Filippin Müdafiə Nazirliyi arasında imzalanan Dövlətdən Dövlətə (G2G) beynəlxalq müqavilə çərçivəsində 280 milyon ABŞ dolları dəyərində 6 ədəd ATAK helikopterinin ixracı nəzərdə tutulub.

TUSAŞ tərəfindən ötən ay 2 ədəd ATAK helikopteri Filippinə çatdırılıb. ATAK helikopterinin qalan 4 ədədinin 2-si bu il və 2-si isə gələn il Filippin HHQ-yə təhvil veriləcək.

atak1

Poliqon.az

CATEGORIES
TAGS