Atışma nəticəsində Azərbaycan Ordusunun bölmələri arasında yaralanan yoxdur – RƏSMİ

Atışma nəticəsində Azərbaycan Ordusunun bölmələri arasında yaralanan yoxdur – RƏSMİ

Azərbaycan Ordusunun bölmələri tərəfindən bir neçə istiqamətdə atəş açılması, atışmanın 2 saatdək davam etməsi və Azərbaycan hərbçiləri arasında yaralıların olması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqəti əks etdirmir.

“Poliqon” xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin rəsmi sosial şəbəkə hesablarında  bildirilib ki, bu cür məlumatları yaymaqla qarşı tərəf Ermənistan ordusunun bölmələrində baş verən silahlı insidentlər nəticəsində həlak olan və yaralanlar barədə məlumatları gizlətmək məqsədi güdür.

Nazirlik bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 29-u saat 01:40-dan 02:10-dək Basarkeçər rayonunun Zod yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Cavab atəşilə qarşı tərəf susdurulub.

Nazirlik rəsmi olaraq onu da bildirib ki, Azərbaycan Ordusunun bölmələri arasında yaralanan yoxdur.

Poliqon.az

CATEGORIES
TAGS