“Atmaca” gəmi hədəfini uğurla məhv etdi

“Atmaca” gəmi hədəfini uğurla məhv etdi

“Roketsan” şirkəti tərəfindən yaradılan “Atmaca” gəmi əleyhinə idarə olunan raketin Türkiyə Hərbi Dəniz Qüvvələri tərəfindən son qəbul sınaqları keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter” hesabında paylaşıb.

Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus “TCG Kınalıada” korvetindən atılan “Atmaca” raketi ilk dəfə gəmi hədəfini dəqiqliklə vurub və sınaq uğurla nəticələnib.

Sınaqda Türkiyənin Milli Müdafiə (MSB) naziri Hulusi Akar, Baş qərargah rəisi Yaşar Gülər, Hərbi Hava, Dəniz və Quru Qoşunlarının komandanları iştirak edib.

2018-ci ilin oktyabrında HDQ-ə tədarükünə dair Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) ilə “Roketsan” arasında müqavilə imzalanan “Atmaca” gəmi əleyhinə raketlərin yeni nəsli sayılır. “Səthdən-səthə” tipli bu raket, aşağı radar izinə, yüksək dəqiqlikliyə, hədəfləri yeniləyə bilmə, yenidən hücum və tapşırığın ləğvi, habelə hər cür hava şəraitində missiyanın icrasına, hərəkətli və sabit təhlükələri zərərsizləşdirmək imkanına sahibdir.

Texniki xüsusiyyətəri:

  • Uzunluğu – 4800-5200 mm
  • Ağırlığı – 800 kq
  • Mənzili – 220 kilometr
  • Döyüş başlığının çəkisi – 220 kiloqram

Poliqon.az

CATEGORIES
TAGS