“Atmaca”nı uçuracaq ilk KTJ-3700 mühərriki yaxın günlərdə “Roketsan”a təhvil veriləcək

“Atmaca”nı uçuracaq ilk KTJ-3700 mühərriki yaxın günlərdə “Roketsan”a təhvil veriləcək

“Kale Arge” şirkəti quru bazalanmalı “Atmaca” qanadlı raketində istifadə olunacaq ilk KTJ-3700 mühərrikini yaxın günlərdə “Roketsan” şirkətinə təhvil verəcək.

“Poliqon” xəbər verir ki, bunu “SavunmaSanayiST.com”a açıqlamasında “Kale Arge” şirkətinin baş direktoru Cüneyt Kenger deyib.

O bildirib ki, KTJ-3700 dünyadakı analoqları ilə müqayisədə üstün xüsusiyyətlərə malik turbojet mühərrikidir: “Adından da göründüyü kimi, 3700 Nyuton gücə malikdir. Amma bizim mühərrikimiz hələ də analoqlarından daha az çəkiyə və daha az yanacaq sərfiyyatına sahibdir”.

KTJ-3700 ilə bağlı ilk prototipin sınağını 2023-cü ildə həyata keçirdiklərini xatırladan Cüneyt Kenger, gələn həftə ilk mühərriki “Roketsan”a təhvil verəcəklərini qeyd edib.

CATEGORIES
TAGS