ATOM proqramlaşdırılan atəş yığımının sınaqları başa çatıb
ASELSAN şirkətinin istehsalı olan ATOM adlı 35 mm çaplı proqramlaşdırılan qəlpəli atəş yığımının sınaqları tamamlanıb.
“Poliqon” saytının məlumatına görə, bu barədə “ASELSAN Dərgisi”nin son sayında dərc olunmuş xəbərdə deyilib.
Bildirilib ki, Türkiyə Milli Müdafiə Nazirliyinin Karapınar poliqonunda keçirilən sınaqlar uğurla nəticələnib.
ATOM proqramlaşdırılan qəlpəli atəş yığımının Türkiyə Hərbi Hava Qüvvələrinə tədarük edilməsinə başlanılıb.
CATEGORIES Xəbərlər