Avropada tanklar üçün yeni texnologiyalar inkişaf etdiriləcək

Avropada tanklar üçün yeni texnologiyalar inkişaf etdiriləcək

Avropada hazırkı və gələcək döyüş tankları üçün yeni texnologiyaların inkişaf etdirilməsini nəzərdə tutan FMBTech layihəsinə rəsmi olaraq start verilib.

“Poliqon” Fransanın “Thales” şirkətinə istinadən xəbər verir ki, bu layihə müasir hibrid müharibənin yeni şərtlərinə uyğunlaşdırmaq üçün döyüş tanklarının dizaynında inqilabi dəyişikliklər etmək məqsədi daşıyır.

“Thales” tərəfindən koordinasiya edilən bu təşəbbüs çərçivəsində Avropa İttifaqının 13 üzv ölkəsi və Norveçdən 26 iştirakçı qurumdan ibarət konsorsiumun yaradılmasına imkan yaradıb.

Avropa İttifaqına üzv 13 ölkə və Norveçdən 26 iştirakçı təşkilatdan ibarət

Bildirilib ki, “Thales” tərəfindən koordinasiya edilən bu təşəbbüs çərçivəsində Avropa İttifaqının 13 üzv ölkəsi və Norveçdən olan ümumilikdə 26 qurumun iştirakı ilə konsorsium yaradılıb.

Avropa Müdafiə Fondu çərçivəsində Avropa Komissiyası və konsorsium tərəfindən maliyyələşdirilən bu 3 illik təşəbbüs müxtəlif və mürəkkəb döyüş meydanlarında qüvvələrin lazımi hazırlığını təmin etmək üçün modul və adaptiv həllər hazırlayacaq. İnnovativ texnoloji komponentlərin tətbiqi sayəsində bu layihə Aİ və Norveçdəki hazırkı köhnəlmiş hərbi texnikaların məhdudiyyətlərini aradan qaldırmağa imkan verəcək çevik, ağıllı və qarşılıqlı əməkdaşlıq qabiliyyətinə malik döyüş tankları təmin edəcək.

Layihə mövcud və gələcək döyüş tanklarının effektivliyini və təhlükəsizliyini daha sərfəli şəkildə artıraraq onların döyüş meydanında əsas vasitə kimi rolunu saxlamasını təmin edəcək. Bu, həmçinin Avropa tanklarının inkişaf edən beşinci nəsil imkanlarla ayaqlaşmasına və mövcud boşluqları doldurmasına da töhfə verəcək.

FMBTech layihəsi 2023-cü ildə Avropa Müdafiə Fondundan (EDF) maliyyələşdirilməsi üçün Avropa Komissiyası tərəfindən seçilib və ümumi olaraq 19 milyon avro büdcə ayrılıb.

Layihə tərəfdaşları:

  • THALES SIX GTS FRANCE SAS (Fransa);
  • ARQUUS (Fransa);
  • HENSOLDT FRANCE SAS (Fransa);
  • MBDA FRANCE (Fransa);
  • KNDS France (Fransa);
  • SAFRAN ELECTRONICS & DEFENSE (Fransa);
  • CY4GATE SPA (İtaliya);
  • POLITECNICO DI MILANO (İtaliya);
  • THALES ITALIA SPA (İtaliya);
  • ENVIRONICS OY (Finlandiya);
  • SAVOX COMMUNICATIONS OY (Finlandiya);
  • TEKNOLOGIAN TUTKIMUSKESKUS VTT OY (Finlandiya);
  • WOJSKOWA AKADEMIA TECHNICZNA IM. JAROSLAWA DABROWSKIEGO (Polşa);
  • WOJSKOWY INSTYTUT TECHNIKI PANCERNEJ I SAMOCHODOWEJ (Polşa);
  • OŚRODEK BADAWCZO-ROZWOJOWY URZĄDZEŃ MECHANICZNYCH OBRUM SP. Z O.O. (Polşa);
  • SKYLD SECURITY AND DEFENCE LIMITED (Kipr);
  • VETRONICS RESEARCH CENTRE EU LTD (Kipr);
  • C&V CONSULTING (Belçika);
  • EIGHT BELLS HELLAS I.K.E (Yunanıstan);
  • GMV AEROSPACE AND DEFENCE SA (İspaniya);
  • GUARDIARIS RACUNALNISKE APLIKACIJE IN SIMULACIJE D.O.O (Sloveniya);
  • ISD AEROSPACE LIMITED (İrlandiya);
  • MSM LAND SYSTEMS S.R.O (Slovakiya);
  • SCERTAS GMBH (Almaniya);
  • SOPRA STERIA AS (Norveç);
  • VOJENSKÝ VÝZKUMNÝ ÚSTAV SP (Çexiya).
CATEGORIES
TAGS