Avstraliya əlavə “Bushmaster” zirehli nəqliyyat vasitələri alır
Avstraliya hökuməti ölkənin Müdafiə Qüvvələri üçün “Thales Australia” şikərtindən əlavə “Bushmaster” zirehli nəqliyyat vasitələri satın alır.
“Poliqon” xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda 78 ədəd “Bushmaster”zirehli nəqliyyat vasitəsinin satın alınması üçün “Thales Australia” və Avstraliya hökuməti arasında 160 milyon dollarlıq müqavilənin imzalandığı bildirilib.
Müqaviləyə əsasən, ilk partiyasının təhvil verilməsi 2024-cü ildə nəzərdə tutulan “Bushmaster”lər ölkənin Bendiqo şəhərində yerləşən müəsissədə istehsal olunacaq.
Nazirlik tərəfindən qeyd olunub ki, satın alınan nəqliyat vasitələri Avstraliyanın Ukraynaya bağışladığı “Bushmaster”lərin yerini alacaq və Müdafiə Qüvvələrinin zirehli texnika imkanlarını bərpa edəcək.
Fransanın “Thales” şikəritənin törəməsi olan “Thales Australia”nın istehsal etdiyi “Bushmaster” zirehli maşını 10 nəfərlik heyəti daşımaq üçün nəzərdə tutulub. Onun kütləsi 15.4 ton, yükdaşıma qabiliyyəti 5 ton və maksimum sürəti 100 km/saatdır.
Hazırda “Bushmaster” zirehli maşınları Avstraliya, Hollandiya, Böyük Britaniya, Yaponiya, İndoneziya kimi ölkələrin orduları tərəfindən istifadə edilir.