Avstraliya “Elbit Systems”dən “Skylark I-LEX” PUA-ları alır

Avstraliya “Elbit Systems”dən “Skylark I-LEX” PUA-ları alır

“Elbit Systems of Australia” şirkəti Avstraliya Ordusuna “Skylark I-LEX” pilotsuz uçuş aparatları (PUA) tədarük edəcək.

“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, bununla Avstraliya Müdafiə Qüvvələrinin (ADF) təbii fəlakət və humanitar yardım kimi əməliyyatların yerinə yetirilməsi zamanı effektivliyinin artırılması hədəflənib.

ISR tipli tapşırıqların icrası üçün nəzərdə tutulan “Skylark I-LEX” PUA tamamiylə avtonom uçuş xüsusiyyətinə sahibdir. PUA elektrikli güc qurğusuyla təchiz olunub ki, bu da ona 15000 fit (4572 metr) hündürlükdə uçmaq imkanı verir. “Skylark I-LEX” PUA-nın havaya qalxış kütləsi 7.5 kiloqram, havada qalma müddəti 3 saat və uçuş mənzili 40 kilometr təşkil edir.

Hazırda “Skylark” ailəsinə daxil olan PUA-lar başda İsrail olmaqla bir sıra Avropa, Asiya və Cənubi Amerika ölkələrinin silahlı qüvvələri tərəfindən istifadə edilir.

Elşən Abdulkərimov

Poliqon.az

CATEGORIES
TAGS