Avstraliya raket arsenalını genişləndirir

Avstraliya raket arsenalını genişləndirir

Avstraliya qırıcı təyyarələri və döyüş gəmiləri yeni raketlərlə silahlanacaq. Avstraliya hökuməti BGM-109 “Tomahawk”, AGM-158B JASSM-ER və AGM-158C LRASM raketlərinin alınması qərarını təsdiqləyib.

“Poliqon” xəbər verir ki, ABŞ-ın “Raytheon” şirkətinin BGM-109 “Tomahawk” raketləri “Hobart” sinif gəmilərini təchiz etmək üçün “Lockheed Martin” şirkətinin AGM-158B JASSM-ER (Joint Air-to-Surface Standoff Missile-Extended Range) və AGM-158C LRASM (Long Range Anti-Ship Missile) raketləri isə F/A-18 “Hornet” qırıcı-bombardumançı və F-35A qırıcı təyyarələrini silahlandırmaq üçün istifadə ediləcək.

Bu raketlərin alınması yeni yaradılan AUKUS (Australia, United Kingdom, United States) hərbi ittifaqı çərçivəsində həyata keçirilir. Yeni hərbi ittifaqa qoşulmaqla Avstraliya üçün əvvəllər yalnız bir neçə müttəfiqə verilmiş bir çox ABŞ hərbi texnologiyasına çıxış imkanı açılıb.

1 13

BGM-109 “Tomahawk” raketi

2 10

AGM-158B JASSM-ER raketi

3 9

AGM-158C LRASM

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS