Avstraliya Ukraynaya ACAR avtomatları tədarük edib

Avstraliya Ukraynaya ACAR avtomatları tədarük edib

“Thales Australia” şirkəti Ukrayna Silahlı Qüvvələrinə ACAR (Australian Combat Assault Rifle) avtomatları tədarük edib.

“Poliqon” “Thales”ə istinadən xəbər verir ki, “Thales Australia” şirkəti Avstraliya Müdafiə Nazirliyinin dəstəyi ilə iyulun əvvəlində hərbi yardım paketinin bir hissəsi kimi Ukraynaya az miqdarda ACAR avtomatı göndərib.

Qeyd edilib ki, avtomatlar “Thales Australia”nın “Lithgow Arms” müəssisəsi tərəfindən istehsal olunaraq Ukraynaya çatdırılıb.

Əlavə məlumat üçün bildirək ki, “Thales Australia” Fransa mərkəzli “Thales” şirkətinin Avstraliyada fəaliyyət göstərən törəməsidir.

Poliqon.az

CATEGORIES
TAGS