
Azərbaycan hərbçiləri “Anatolian Phoenix-2021” beynəlxalq təliminə qatılacaq
Azərbaycan hərbi qulluqçuları mayın 24-də Türkiyənin Konya şəhərində başlayacaq “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçiriləcək təlimlərdə Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə təmsil olunacaq.
Təlim iyunun 4-dək davam edəcək.
CATEGORIES Xəbərlər


