Azərbaycan HHQ-yə məxsus Mi-17 helikopteri Türkiyədə məcburi eniş etdi – VİDEO
Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Mi-17 tipli helikopter Türkiyənin Giresun şəhərinin Tirebolu rayonunda dəniz sahilinə məcburi eniş edib.
Bu barədə “Poliqon” Türkiyə mediasına istinadən məlumat verib.
Bildirilib ki, Mi-17 helikopteri hərbi təlimlərdə iştirak etmək üçün Trabzon Hava Limanından Amasiyanın Merzifon aviasiya bazasına uçuş edirmiş.
Yerli vaxtla 19:00 radələrində Tirebolunun Yalıköy sahil bölgəsinə məcburi eniş edən helikopter heç bir xəsarət almayıb.
Helikopterdə olan 6 hərbçinin vəziyyətinin yaxşı olduğu və helikopter üçün təmir işlərinə başlandığı bildirilib.
İlkin ehtimala görə, helikopterin təcili eniş etməsinə mühərrikində yaranan texniki nasazlıq olub.
CATEGORIES Xəbərlər