
Azərbaycan Ordusu ASELSAN-ın müasir rabitə vasitələrini əldə edib – ÖZƏL
Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə keçirilən rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimlərində müasir rabitə vasitələri nümayiş etdirilib.
“Poliqon”un məlumatına görə, təlimlər zamanı ilk dəfə olaraq Azərbaycan Ordusunun inventarında yer alan Türkiyənin ASELSAN şirkətinin istehsalı olan PRC-5433 EHKET, PRC / VRC-9661 radio stansiyaları nümayiş etdirilib.
PRC-5433 EHKET rabitə vasitəsi
PRC-5433 taktiki ərazidə istifadəçiyə yüksək sürətli məlumat rabitəsi təmin etmək üçün hazırlanmış yeni nəsil Proqram Təminatlı Şəbəkə Radio (SDNR) cihazıdır.
PRC-5433-ə yazılan proqram təminatı səyəsində cihaz ondan istifadə edən personala bir sıra üstünlüklər verir. Belə ki, eyni rabitə cihazı üzərində müxtəlif dalğa formalarından istifadə etməklə fərqli birliklər taktiki ərazidə bir-biri ilə əlaqə yarada; rabitə cihazındakı dalğa formaları yenilənə; cihaza yeni dalğa formaları və xüsusiyyətlər əlavə edilə bilər.
PRC-5433 bütün strateji, habelə taktiki ünsiyyət tələblərini yerinə yetirmək qabiliyyətinə malikdir və cihaza heç bir proqram yükləmədən sadəcə istifadəçi interfeysindən müvafiq dalğa formasını seçməklə tələb olunan rabitə rejmini qoşulmaq imkanı verir.
Cihaz 1.77 düyüm olan və 128×160 görüntü imkanı təmin edən rəngli RGB TFT ekran, daxili səs gücləndirici, 13 meqapiksellik daxili kamera, 8 gb-lik daxili yaddaş ilə təchiz olunub.
Həmçinin PRC-5433 yüksək səviyyəli elektron döyüş mühafizəsi (Electronic Warfare protect) ilə də qorunur ki, buda ona daxili təminat əsasında informasiyaları şifrələmə, tezlik atlama, qırmızı və qara məlumatların ayrılması, təcili vəziyyətdə cihaz sistemini təmizləmə, “Crypto Ignition Key” ilə giriş nəzarəti imkanları təmin edir.
Eyni zamanda cihazın yüksək sürətlə real zamanlı informasiya, sinxron səs və məlumat rabitəsi, seçilən şəbəkə (NET) xaricində ikinci şəbəkə ilə əlaqə qurmaq bacarığı da var.
PRC-5433 rabitə vasitəsi istifadəçiyə üç çalışma rejmi təqdim edir ki, bunlar “Geniş Zolaqlı Şəbəkə Radio Dalğa Forması”, “Dar Zolaqlı Şəbəkə Radio Dalğa Forması” və “SK-2 VHF / UHF” modlarıdır.
Cihazın işləmə tempraturu -30 (-20 dərəcədə açılır) ilə +55, saxlanma tempraturu isə -30 və +70 dərəcə arasındadır. Həm toza, həm də şoka davamlı olan PRC-5433 95% nisbi rütubətdə və suyun 1 metr altında 1-2 saat işləyə bilər. PRC-5433 əldə daşınan rabitə cihazı 82 mm genişliyində, 169 mm uzunluğunda və 1000 qram ağırlığındadır.
Qeyd edək ki, ASELSAN-ın milli radiosu EHKET-in ilk partiyası 2020-ci ilin iyul ayında Türkiyə Silahlı Qüvvələrinə çatdırılıb. Müdafiə Sənayesi Başqanlığının (SSB) başlatdığı layihə əsasında hazırlanan EHKET rabitə vasitələri haqqında danışan SSB başqanı İsmail Dəmir yeni EHKET rabitə vasitələrinin xarici ölkəyə də ixrac edildiyini açıqlamışdır.
PRC / VRC-9661 proqram təminatlı rabitə vasitələri
PRC / VRC-9661 Proqram Təminatlı Radiolar, VHF və UHF zolaqlarında (30-512 MHz) ECT (rabitə təhlükəsizliyi və ötürülmə təhlükəsizliyi) ilə qorunan, tezlik atlamalı, şifrələnmiş və aydın səslə məlumat əlaqəsi təmin etmək üçün hazırlanmış taktiki rabitə cihazlarıdır.
Qısa və orta mənzilli taktiki radio rabitəsi (CNR-Combat Net Radio), yüksək sürətli informasiya əlaqəsi təmin edən “Genişzolaqlı Paket Radio Rabitəsi” (WBNR -wideband network radio) və müasir “Elektron Qoruma Tədbirləri”nin hər biri eyni proqram təminatının dəstəyi sayəsində işləyir. Bildirək ki, bu təminatın yardımı ilə rabitə cihazında olan dalğa formaları yenilənə, yeni dalğa forma və xüsusiyyətləri əlavə edilə bilər. Rabitə cihazı öz növbəsində fərqli bölmələrin tək bir aparatda müxtəlif dalğa formalarından istifadə edərək taktiki sahədə bir-biri ilə ünsiyyət qurmasına imkan verir.
9661 V / UHF radioları taktiki sahədəki istifadəçilər üçün fasiləsiz səs, yüksək sürətli məlumat və video rabitə təmin edir. 30-512 MHz arası olan geniş işləmə zolağı ve yüksək səviyyəli elektronik döyüş mühafizə tədbirləri, EW təhlükələri qarşısında 9661 V / UHF-ə ənənəvi rabitə cihazları ilə müqayisədə daha çox müdafiə qabiliyyəti verir.
Qeyd edək ki, bu cihazlar MIL-STD-810F ətraf mühit standartlarına və MIL-STD-461E EMI / EMC standartlarına uyğun dizayn edilib.