Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib – FOTOLAR

Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib – FOTOLAR

Müdafiə nazirinin tapşırığına əsasən, avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mərasimlər Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

CATEGORIES
TAGS