Xəbərlər
Azərbaycan Türkiyədən 20 ədəd mexaniki minatəmizləmə maşını alıb

Türkiyə Azərbaycana ASFAT şirkətinin istehsalı olan mexaniki minatəmizləmə maşınları tədarük edib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Müqavilə çərçivəsində ASFAT şirkəti tərəfindən Azərbaycana 20 ədəd MEMATT adlı mexaniki minatəmizləmə maşının ixrac edilməsi nəzərdə tutulur.
Artıq, MEMATT maşınlarının ilk partiyası Bakıya çatdırılıb.




