Azərbaycanda yeni müdafiə sənayesi şirkəti yaradılıb

Azərbaycanda yeni müdafiə sənayesi şirkəti yaradılıb

Azərbaycanın “Caspian Ship Building Company” gəmiqayırma şirkəti ilə İsrailin “Meteor Aerospace” müdafiə sənayesi şirkəti birgə müəssisə yaradıb.

“Poliqon” xəbər verir ki, Azərbaycanda təsis edilən birgə müəssisə “Caspian Meteor” adlanır.

“Caspian Meteor”şirkətindən verilən məlumata görə, birgə müəssisənin yaradılmasında məqsəd Azərbaycanın milli ehtiyaclarını təmin etmək üçün müdafiə sahəsində qabaqcıl həllər təklif etməkdir.

Bura 1400 kiloqrama qədər yükgötürmə qabiliyyəti olan pilotsuz uçuş aparatları, sürətli insanlı və insansız katerlər, yerüstü robot nəqliyyat vasitələri, o cümlədən uzaq mənzilli raketlər daxildir.

Poliqon.az

CATEGORIES
TAGS