Azərbaycanın sifariş verdiyi sonuncu “Super Muşşak” təyyarəsi istehsal olunub -ÖZƏL

Azərbaycanın sifariş verdiyi sonuncu “Super Muşşak” təyyarəsi istehsal olunub -ÖZƏL

Azərbaycanın Pakistanın PAC KAMRA (Pakistan Aeoronautical Complex) sifariş verdiyi MFİ-395 “Super Muşşak” (“Super Mushshak”) təlim təyyarəsinin sonuncusunun istehsal prosesi tamamlanıb.

Bu barədə “AzeriDefence”yə eksklüziv olaraq PAC KAMRA-dan məlumat verilib.

Təyyarənin yaxın vaxtlarda Azərbaycana göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələri ilə PAC KAMRA arasında 10 ədəd MFİ-395 “Super Muşşak” təlim təyyarəsinin alqı-satqısına dair müqavilə 2017-ci ilin iyul ayında imzalanıb.

“Super Muşşak” təyyarəsinin heyəti iki nəfər, uzunluğu 7.15 m, qanad açıqlığı 8.85 m, hündürlüyü 2.60 m, boş çəkisi 760 kq, uçuş ağırlığı 1250 kq, maksimal sürəti 268 km/saat, kreyser sürəti 240 km/saat təşkil edir. 260 at gücündə bir ədəd “Textron Lycoming IO-540 V4A5” (6 silindr) mühərriki ilə təchiz olunmuş təyyarənin birbaşa uçuş uzaqlığı 814 kilometr, uçuş hündürlüyü isə 6705 metrə çatır. “Super Muşşak” xarici asmada 300 kq yük götürmə qabiliyyətinə malikdir.

supper musak 2

CATEGORIES
TAGS