Azad edilən ərazidə əsaslı təmir olunan hərbi hissənin açılışı olub – FOTO/VIDEO

Azad edilən ərazidə əsaslı təmir olunan hərbi hissənin açılışı olub – FOTO/VIDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə azad edilən ərazilərdə yeni hərbi şəhərciklərin açılışı davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, əsaslı təmir olunan hərbi hissənin açılışında iştirak edən Müdafiə nazirinə məruzə edilib ki, şəhərcik hərbi qulluqçuların bütün zəruri ehtiyaclarının tam təmin edilməsi üçün müasir avadanlıq, mebel və inventarlarla təchiz olunub. Mərkəzi istilik sistemi quraşdırılan hərbi hissədə silah otağı, yataqxana, yeməkxana, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-camaşırxana-qazanxana kompleksi, avtomobil parkı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.

Hərbi qulluqçuların asudə vaxtını səmərəli keçirmələri üçün lazımi şərait yaradılıb. Ərazidə abadlıq işləri aparılıb və müxtəlif növ ağaclar əkilib.

Müdafiə naziri hərbi qulluqçuların xidmət və sosial şəraitinin daha da yaxşılaşdırılması, döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, xüsusilə də azad edilən ərazilərdə xidmət edən şəxsi heyətin bütün zəruri ehtiyaclarının təmin olunması barədə müvafiq tapşırıqlar verib.

Sonda “Zəfər Günü” münasibəti ilə hazırlanan tort kəsilib və general-polkovnik Z.Həsənov şəxsi heyətlə birgə nahar edib.

4ce7adaed7bfeafc6fdf7912b6d3499d 6b2ee06015eb6edd13920040b70ceba2 9b9ea936d9f83131517c80584b5afe5f 900898cdac0650338f167a868ae35116 d5c7d038cac9f2dfd10800e46f2559f5 db9f9a9240e55ea42efe8cd6ae189e10 ff84dc1ad04d1333a0689104c0e28b774b94f12b33b6bc3631d557b79e48022c

Poliqon.az

CATEGORIES
TAGS