Azərbaycan Belarus istehsalı sistemlərlə maraqlanır

Azərbaycan Belarus istehsalı sistemlərlə maraqlanır

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində keçirilən 6-cı UMEX 2024 pilotsuz sistemlər sərgisində Belarus istehsalı məhsullarla maraqlanıb.

Bu barədə “Poliqon” Belarusun “Belspetsvneshtekhnika” şirkətinə istinadən xəbər verib.

23-25 ​​yanvar 2024-cü il tarixlərində baş tutan UMEX 2024 sərgisində “Belspetsvneshtekhnika” stendini ziyarət edən Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin müəssisələri və “KB Radar” şirkəti tərəfindən istehsal edilən məhsullarla tanış olub.

“Belspetsvneshtekhnika” stendində sərgilənən məhsullar sırasında pilotsuz uçuş aparatları (PUA), yerüstü döyüş robotları, elektron müharibə vasitələri, antidron cihazları və digər sistemlər yer alıb.

CATEGORIES
TAGS