Azərbaycan ərazisinə düşən bayraq İrana qaytarılıb

Azərbaycan ərazisinə düşən bayraq İrana qaytarılıb

Fevralın 1-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lən­kəran” sərhəd dəstəsinin xidməti sahəsində İranın dövlət bayrağının güclü küləyin təsirindən Azərbaycanın ərazi­sinə düş­məsi sərhəd naryadı tərəfindən aşkarlan­ıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a bildirilib ki, İran dövlət bayrağı ərazidən götürülərək sərhəd bölməsinə gətirilib, Azərbaycan və İranın sərhəd mühafizə qurumları arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə olması ilə əlaqədar müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə dərhal məlumat­lan­dırılıb. 

Fevral ayının 2-də dövlət bayrağı qarşılıqlı hörmət şəraitində zəruri qaydalara riayət olunmaqla İran sərhədçilərinə təhvil verilib.

iran1

Poliqon.az

CATEGORIES
TAGS