Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər istiqamətində vəziyyət gərginləşib

Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər istiqamətində vəziyyət gərginləşib

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.

“Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, – deyə Müdafiə Nazirliyindən bildirilib.

Poliqon.az

CATEGORIES
TAGS