Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti təhlil edilib

Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti təhlil edilib

Aprelin 20-də Quru Qoşunlarının qərargahında müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən xidməti müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, hərbi hissələrin döyüş hazırlığı üzrə tədbirlər və hərbi intizamın vəziyyəti təhlil edilib.

“Poliqon” xəbər verir ki, müdafiə naziri hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması, eləcə də döyüş tapşırıqlarının dəqiq və vaxtında icrasına daim hazır olunması barədə müvafiq göstərişlər verib.

Çətin relyefli, yüksək dağlıq ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin maddi-texniki və mühəndis təminatı, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi çatdırılıb.

CATEGORIES
TAGS