Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti təhlil olunub

Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti təhlil olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən Quru Qoşunlarının əməliyyat müşavirəsində Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, hərbi hissələrin döyüş hazırlığı üzrə tədbirlər və hərbi intizamın vəziyyəti təhlil edilib.

“Poliqon” xəbər verir ki, general-polkovnik Z.Həsənov hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması, eləcə də qarşıda duran tapşırıqların dəqiq və vaxtında icra olunması barədə müvafiq göstərişlər verib.

Müşavirədə çətin relyefli, yüksək dağlıq ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin bütün növ təminatlarına və şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

CATEGORIES
TAGS