
Azərbaycan HDQ-də reyd toplantısı keçirilib – VİDEO
Təsdiq olunmuş hazırlıq planına əsasən, Xəzər Dənizinin Azərbaycana məxsus hissəsində Hərbi Dəniz Qüvvələri (HDQ) gəmilərinin iştirakı ilə reyd toplantısı keçirilib.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Toplantının keçirilməsində əsas məqsəd reyd xidmətinin təşkili, dəniz vərdişlərinin təkmilləşdirilməsi, eləcə də gəmi ekipajları arasında uzlaşmanın təmin edilməsi olub.