Azərbaycan HDQ-nin gəmiləri Rusiyada səfərdədir

Azərbaycan HDQ-nin gəmiləri Rusiyada səfərdədir

Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) “G-121” və “G-129” gözətçi gəmiləri Rusiyada səfərdədir.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun hərbi dənizçiləri Rusiyanın Xəzər Dəniz Flotilyasının Kaspiysk Limanında təntənəli qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, Azərbaycan HDQ-nin gəmi və şəxsi heyəti bir sıra tədbirlərdə iştirak edəcək.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş