
Azərbaycan hərbçiləri “Efes-2022” təlimində iştirak edir
Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyənin İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təlimində iştirak edir.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularının cəlb olunduğu beynəlxalq təlim iyunun 9-dək davam edəcək.
CATEGORIES Xəbərlər