Azərbaycan hərbçiləri KURTARAN-2025 təlimlərində iştirak edəcək

Azərbaycan hərbçiləri KURTARAN-2025 təlimlərində iştirak edəcək

Türkiyənin Marmaris şəhərində aprelin 30-dək keçiriləcək KURTARAN-2025 adlı beynəlxalq təlimlərdə iştirak etmək məqsədi ilə Azərbaycan hərbçiləri qardaş ölkəyə yola düşüb.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, təlimlərdə Türkiyə Hərbi Dəniz Qüvvələrinin, Quru Qoşunlarının, Hərbi Hava Qüvvələrinin və Sahil Mühafizə Qüvvələrinin iştirakı nəzərdə tutulub.

Təlimlər zamanı həmçinin “Yüksək səviyyəli müşahidəçi günü”nün keçirilməsi də planlaşdırılıb.

Plana uyğun olaraq təlimlər çərçivəsində müxtəlif qoşun növləri qarşılıqlı əlaqədə qarşıya qoyulmuş tapşırıqları icra edəcəklər.

CATEGORIES