
Azərbaycan hərbçiləri “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar
Azərbaycan tankçıları Rusiyanın Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar.
Azərbaycan tankçıları müsabiqənin “Fərdi sürmə” mərhələsində Qazaxıstan, Belarus və Serbiyadan olan komandalarla birlikdə güclərini sınayıblar.
Şərti hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyənləşdirilmiş məsafəni qət edən tankçılar öz qrupunda ikinci olublar.
CATEGORIES Xəbərlər