Azərbaycan hərbçiləri terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları icra ediblər

Azərbaycan hərbçiləri terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları icra ediblər

EFES-2022 çoxmillətli təlimə hazırlıq mərhələsi çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları dəniz yolu ilə düşmən arxasına sızma, sahil xəttinin minalardan təmizlənməsi, şərti düşmənin sahildə yerləşən hərbi obyektinə basqın və terrorçuların zərərsizləşdirilməsi üzrə fəaliyyətləri icra ediblər.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, 2022-ci ilin may-iyun aylarında Türkiyənin İzmir şəhərində keçiriləcək EFES-2022 çoxmillətli təliminin dörd mərhələdə keçirilməsi planlaşdırılır.

Bundan başqa cari il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçularının digər müxtəlif beynəlxalq təlim və seminarlarda, o cümlədən konfranslarda iştirakı da nəzərdə tutulub.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər davam etdirilir.

e1 e2 e3 e4 e5 e6

Poliqon.az

CATEGORIES
TAGS