Azərbaycan hərbçiləri Türkiyədə mühəndis-istehkam təlimlərinə qatılıb – VİDEO

Azərbaycan hərbçiləri Türkiyədə mühəndis-istehkam təlimlərinə qatılıb – VİDEO

Azərbaycan hərbçiləri Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi mühəndis-istehkam təlimlərinə qatılıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi rəsmi “Twitter” hesabında məlumat yayıb.

Məlumatda bildirilib ki, Türkiyənin 2-ci mühəndis korpusu və 18-ci mexanikləşdirilmiş piyada briqadası tərəfindən Çanaqqala əyalətinin Dəmirçi Göletində (Kavakköy/Gelibolu) “Mühəndislik bacarıqları nümayişi” həyata keçirilib.

Təlimdə Türkiyənin 18-ci mexanikləşdirilmiş piyada briqadasının tərkibində 1-ci Azərbaycan mexanikləşdirilmiş piyada bölüyü də iştirak edib.

Poliqon.az

CATEGORIES
TAGS