Azərbaycan hərbçilərinin iştirak etdiyi “Efes-2022” çoxmillətli təlimində yüksək peşəkarlıq nümayiş etdirilib
İyunun 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov “Efes-2022” çoxmillətli təliminin sonuncu günündə icra olunan tapşırıqları izləyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, yüksək səviyyəli qonaqlar qismində təlimi izləmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yarışın keçirildiyi poliqona gəlib.
Təlim iştirakçıları snayper atışları, mühüm əhəmiyyətə malik hədəfin ələ keçirilməsi, eləcə də dəniz piyadalarının sahil obyektinə basqın tapşırıqlarını yerinə yetiriblər.
Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup Azərbaycan hərbi qulluqçularının da cəlb edildiyi beynəlxalq təlimdə iştirakçılar yüksək peşəkarlıq nümayiş etdiriblər.
CATEGORIES Xəbərlər