Xəbərlər
Azərbaycan hərbçilərinin növbəti heyəti komando kursunu keçmək üçün Türkiyəyə yola salınıb

Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Türkiyənin Sparta şəhərində keçirilən növbəti komando kursunu bitirən Azərbaycanın hərbi qulluqçuları ölkəsinə qayıdıblar.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda o da bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçularından ibarət növbəti heyət komando kursunda iştirak etmək üçün Türkiyənin Sparta şəhərinə yola salınıb.




