Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda liderdir

Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda liderdir

Azərbaycan cari ildə hərbi gücünə görə qlobal reytinqdə 63-cü yerdə qərarlaşıb.

“Poliqon” xəbər verir ki, bu yerləşmə “Global Firepower Index-2021” reytinqində əks olunub.

140 ölkənin yer aldığı reytinqdə Azərbaycan Cənubi Qafqazın lideri olaraq mövqeyini qoruyub. Belə ki, Gürcüstan 92-ci, Ermənistan isə 100-cü yerdə qərarlaşıb.

Reytinqdə 10-cu Pakistan, 11-ci Türkiyə, 14-cü yerdə isə İrandır. Siyahının ilk beşliyində ABŞ, Rusiya, Çin, Hindistan və Yaponiya yer alıb.

Poliqon.az

CATEGORIES
TAGS