Azərbaycan hərbiçiləri beynəlxalq təlimin planlama konfransında iştirak edib

Azərbaycan hərbiçiləri beynəlxalq təlimin planlama konfransında iştirak edib

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyənin İzmir şəhərində keçirilən “Efes-2022” beynəlxalq təliminin planlama konfransında iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, beynəlxalq təlimdə iştirak edəcək ölkələrin nümayəndə heyətləri ilə keçirilən konfransda təlimə hazırlıq məsələləri və icra olunacaq tapşırıqlar müzakirə olunub.

“Efes-2022” beynəlxalq təliminin qərargahların kompüter dəstəkli və bölmələrin döyüş atışlı taktiki təlimlərindən ibarət iki mərhələdə keçirilməsi planlaşdırılır.

Poliqon.az

CATEGORIES
TAGS