Azərbaycan HHQ-nin Su-25 qırıcısına KGK ilə təchiz edilən aviasiya bombası inteqrasiya olunub

Azərbaycan HHQ-nin Su-25 qırıcısına KGK ilə təchiz edilən aviasiya bombası inteqrasiya olunub

Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus Su-25 döyüş təyyarəsinə KGK qanadlı tuşlama dəsti ilə təchiz edilən aviasiya bombası inteqrasiya olunub.

“Poliqon” xəbər verir ki, bu Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təlimində aviasiya fotoqrafı Cem Doğut tərəfindən çəkilən fotoda öz əksini tapıb.

Qeyd edək ki, KGK qanadlı tuşlama dəsti (Kanatlı Güdüm Kiti) Türkiyənin TÜBİTAK SAGE mərkəzi və “Kale Grubu” şirkəti tərəfindən 227 kiloqramlıq Mk-82 və 453 kiloqramlıq Mk-83 ümumi təyinatlı aviasiya bombalarının yerdəki hədəfləri dəqiqliklə vura bilməsi üçün hazırlanıb.

Bununla da KGK-82 və KGK-83 kimi adlandırılan mövcud aviasiya bombaları istənilən hava şəraitində 100 km-dən çox məsafədən atıldıqda belə dəqiq zərbə qabiliyyəti qazanıb.

Qanadlı tuşlama dəsti ilə təchiz edilmiş bomba yüksək hündürlükdən (9 km) atıldıqda maksimum 110 km və aşağı hündürlükdən (3 km) atıldıqda 37 km fəaliyyət məsafəsi əldə edir. Onun hədəfi məhvetmə dəqiqliyi yüksək və INS/GPS ilə dairəvi sapma ehtimalı 10 metrdən azdır.

Poliqon.az

CATEGORIES
TAGS