Azərbaycan HHQ-nin təyyarəçiləri “TEKNOFEST Azərbaycan” festivalında ilk uçuşlarını icra edib

Azərbaycan HHQ-nin təyyarəçiləri “TEKNOFEST Azərbaycan” festivalında ilk uçuşlarını icra edib

Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus müxtəlif təyyarə və helikopterlər Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında ilk uçuşlarını icra edib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan HHQ-nin hərbi pilotları MiQ-29 təyyarəsi ilə çətin pilotaj manevrlərlə nümunəvi uçuşu izləyənlər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, festival çərçivəsində Müdafiə Nazirliyi üçün ayrılan pavilyonda HHQ ilə yanaşı, Quru Qoşunları, eləcə də mühəndis və rabitə hissə və bölmələrinin sərəncamında olan müasir hərbi-texniki və digər avadanlıqlar təqdim olunur.

v1 v2 v3

Poliqon.az

CATEGORIES
TAGS