Azərbaycan ilə Rusiya hərbi təyinatlı məhsulların birgə istehsalının təşkili üzrə səylərini fəallaşdırırlar

Azərbaycan ilə Rusiya hərbi təyinatlı məhsulların birgə istehsalının təşkili üzrə səylərini fəallaşdırırlar

Azərbaycan və Rusiya hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsini nəzərə almaqla müasir silah və hərbi texnika ilə təchiz olunma məsələləri, eləcə də bu sahədə qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə qarşılıqlı fəaliyyət göstərirlər.

“Poliqon”un məlumatına görə, bu, Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədə yer alıb.

Sənədə əsasən, tərəflər silahlar və hərbi texnika üçün texniki xidmət, təmir, müasirləşdirmə üzrə xidmət mərkəzlərinin yaradılması, eləcə də hərbi təyinatlı məhsulların müxtəlif növlərinin birgə istehsalının təşkili üzrə səylərini fəallaşdırırlar.

CATEGORIES
TAGS