Azərbaycan ilk DITA özüyeriyən artilleriya qurğusunu təhvil alıb

Azərbaycan ilk DITA özüyeriyən artilleriya qurğusunu təhvil alıb

Azərbaycan Çexiyanın “Excalibur Army” şirkəti tərəfindən istehsal edilən ilk DITA özüyeriyən artilleriya qurğusunu (ÖAQ) təhvil alıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Turan” səhifəsi “X”də paylaşım edib.

Xatırladaq ki, bundan əvvəl cari ilin may ayında Çexiyanın Azərbaycana 70 ədəddən çox DITA özüyeriyən artilleriya qurğusu tədarük edəcəyi xarici KİV-lər tərəfindən iddia edilmişdi.

Daha sonra Çexiyanın “Excalibur Army” şirkəti bu ilin avqustunda yayımladığı illik hesabatda adı açıqlanmayan ölkəyə 155 mm-lik DITA ÖAQ-larının tədarükü üçün müqavilə imzaladığını açıqladı. Hesabatda müqavilənin təfərrüatları ilə bağlı məlumat verilməsə də, bu ölkənin Azərbaycan olduğu ehtimal edilirdi.

Həmçinin bax: 155 mm çaplı DITA özüyeriyən artilleriya qurğusuna baxış – ARAŞDIRMA

CATEGORIES
TAGS