
Azərbaycan komandası Belarus, Qazaxıstan və Serbiyadan olan tank heyətləri ilə yarışacaq
Rusiyanın Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata əsasən, komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvlərinin də iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 24-də yarışların üçüncü günündə çıxış edəcəklər.
Azərbaycan komandası Belarus, Qazaxıstan və Serbiyadan olan tank heyətləri ilə yarışacaq.
CATEGORIES Xəbərlər